Təcili

Məlumat

  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:8.12.2021 13:35:50

Dekabrın 9-da ölkə ərazisində gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən İslamazeri.com-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Lakin səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Mülayim cənub-qərb küləyi gündüz şimal-qərb küləyi ilə əvəz olunacaq.

Abşeron yarımadasında gecə 7-10° isti, gündüz 12-15° isti olacaq.

Bakıda gecə 7-9° isti, gündüz 12-14° isti olacaq.

Atmosfer təzyiqi 758 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək.

Nisbi rütubət 65-75 % olacaq.

Dekabrın 9-da Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da bəzi meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Azərbaycanın rayonlarında bəzi yerlərdə yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq rayonlarda qar yağacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 2-6° isti, gündüz 9-14° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 2-7° isti olacaq.


Sabahın hava proqnozu açıqlanıb

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • HƏMAS:
    HƏMAS-ın Qəzzadakı yüksək rütbəli rəsmisi Mahmud əz-Zəhhar ərəb hökmdarlarının öz tac və taxtlarını qorumaq üçün ərəb ləyaqət və sülh tarixini unutduqlarını bildirib.
     22.01.2022
    DSX-nın hərbi qulluqçusu intihar edib
    Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçusu, matros Ramil Rzaquliyev intihar edib.
     22.01.2022

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ