EURO 2,0296 NEFT 57,34
USD 1,7008 RUB 0,0295
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:14.09.2017 09:53:43

"Əsasən şəhərlərdə, xüsusilə də paytaxt Bakıda intensiv hərəkət olan, yol kənarında yerləşən məktəbyanı ərazilərdə dayanma-durma, parklanma qaydalarını pozan sürücülərin nəqliyyat vasitələri təxliyə olunacaq".

Sentyabrın 15-də respublika ərazisində dövlət yol polisi əməkdaşları gücləndirilmiş iş rejimində işləyəcək.

Bu barədə Trend-ə açıqlamasında Respublika Dövlət Yol Polisi İdarəsinin mətbuat xidmətinin rəhbəri, polis polkovniki Kamran Əliyev deyib.

K.Əliyev bildirib ki, həmin gün yol polisi ilə yanaşı, evakuasiya xidməti də gücləndirilmiş iş rejimində xidmət aparacaq:

"Əsasən şəhərlərdə, xüsusilə də paytaxt Bakıda intensiv hərəkət olan, yol kənarında yerləşən məktəbyanı ərazilərdə dayanma-durma, parklanma qaydalarını pozan sürücülərin nəqliyyat vasitələri təxliyə olunacaq və sürücülər inzibati məsuliyyətə cəlb olunacaq. Ona görə də sürücülərdən xahiş edirik ki, sentyabrın 15-də səhər saatlarında məktəbyanı ərazilərdə avtomobillərini hərəkətə maneçilik törədən yerlərdə saxlamasınlar və bilsinlər ki, bu cür qayda pozuntularına yol verdikləri halda onların nəqliyyat vasitələri evakuasiya olunacaq".


Sabah yol polisi gücləndirilmiş iş rejimində işləyəcək:

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • BP-nin Bakıdakı baş ofisində bütün işçilər təxliyyə edildi - FOTO
    Əraziyə yanğınsöndürənlər gəlib.
     25.09.2017
    Ermənistan ordusunda dava düşüb, iki əsgər güllələnib
    Onlar ağır bədən xəsarətləri ilə hospitala təxliyyə ediliblər, vəziyyətləri ağırdır.
     25.09.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ