Təcili

Məlumat

  1. http://www.islamazeri.org/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:25.06.2022 12:01:53

Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsi sürücülərə müraciət edib.

İslamazeri.com xəbər verir ki, İdarənin baş inspektoru polis mayoru Araz Əsgərli bildirib ki, sabah, 26 iyun - Silahlı Qüvvələr Günü münasibətilə Bakı şəhərinin müxtəlif yerlərində hərbi orkestrlərin yürüşləri və nümunəvi çıxışları təşkil olunacaq.

O qeyd edib ki, hərbi orkestr saat 10:00-dan 12:00-dək aşağıdakı marşrutlar üzrə yürüş edəcək:

- Heydər Əliyev sarayı - Bülbül prospekti - Nizami kinoteatrı - Neftçilər prospekti - Azadlıq meydanı - AMAY ticarət mərkəzi;

- Şəhidlər Xiyabanı - Alov qüllələri - İçərişəhər metrosu - Qala qapısı - Kukla teatrı - AzNeft dairəsi - Bəhram Gur heykəli;

- Hüseyn Cavid parkı - Hüseyn Cavid prospekti - Parlament prospekti - Şəhidlər Xiyabanı;

- Zabitlər parkı - Milli Sirk - Heydər Əliyev sarayı - Səməd Vurğun küçəsi - Neftçilər prospekti;

- Nərimanov heykəli - Mərkəzi park - Milli Dram Teatrı - Qış parkı - Heydər Əliyev sarayı - Milli Bank.

Tədbirin ikinci hissəsi isə həmin gün saat 19:00-dan 21:00-dək davam edəcək. Orkestrlər aşağadakı ünvanlarda çıxışlar edəcəklər.

- Heydər Əliyev parkında (Heydər Əliyev sarayının qarşısı);

- AzNeft dairəsindəki bayraq meydanında;

- Muzey Mərkəzi (bulvar fontanının qarşısı);

- Zabitlər parkında;

- Koroğlu parkında;

- Fəvvarələr meydanında.

"Bununla əlaqədər olaraq qeyd olunan istiqamətlərdə şəxsi minik avtomobillərindən istifadə etmək tövsiyə olunmur. Bu tədbirin yüksək səviyyədə keçirilməsi üçün vacibdir", - DYP rəsmisi vurğulayıb.


Sabah Bakının bəzi küçələrində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq - SİYAHI

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • İsti hava şəraiti avqustun 20-dək davam edəcək
    Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
     15.08.2022
    Sabahdan ali məktəblərə ixtisas seçimi başlayır
    Bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib.
     15.08.2022

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ