Təcili

Məlumat

  1. http://www.islamazeri.org/
  2. XƏBƏRLƏR
  3. TƏHSİL

Kateqoriya : XƏBƏRLƏR

TƏHSİL

Yayınlanma tarixi:18.05.2022 10:19:21

9 illik orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarında zəif nəticə göstərmiş Saatlı rayonu Sarıcalar kənd tam orta məktəbinin 21 şagirdinin məktəbdən uzaqlaşdırılmaları ilə bağlı yayılan məlumatlara aydınlıq gətirilib.

İslamazeri.com xəbər verir ki, Təhsil Nazirliyindən bildirilib ki, Azərbaycan Respublikası Təhsil Qanununun 19-cu Maddəsinin 14-cü bəndinə əsasən ümumi orta təhsil pilləsi (9 illik) icbari hesab olunur.

"Tam orta təhsil əldə etmək üçün valideyn və ya şagirdin istəyi nəzərə alınır. Şagirdin tam orta təhsil alması üçün əvvəl ümumi orta təhsil aldığı məktəbin adi sinfində (valideyn ərizəsi əsasında birbaşa elektron qaydada), buraxılış imtahanında əldə etdiyi qiymət imkan verdiyi halda təmayül sinfində və ya yaşadığı rayonun digər məktəblərində yerdəyişmə yolu ilə təhsilini davam etdirmək hüququ var və bu heç bir halda məhdudlaşdırılmır.

Əlavə olaraq onu da qeyd edək ki, tam orta təhsil pilləsinə qəbul valideynlərin ərizələri əsasında cari ilin avqust ayında start götürəcək. Son olaraq bildiririk ki, hazırkı vəziyyətdə adı qeyd olunan məktəbin 9-cu sinif şagirdlərindən bir nəfər də olsun xaric edilməyib, yayılan məlumatlar yalan və əsassızdır" - deyə qeyd olunub.


Saatlıda 21 şagirdin məktəbdən uzaqlaşdırılması ilə bağlı NAZİRLİKDƏN AÇIQLAMA

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Meymunçiçəyinin sağalma müddəti və müalicədə istifadə olunan dərmanlar açıqlanıb
    Meymunçiçəyi xəstəliyinin müalicəsində istifadə olunan dərman vasitələri və virusun müalicə müddəti açıqlanıb.
     1.07.2022
    Baş nazir Əli Əsədov İordaniya Senatının sədri ilə görüşüb
    Azərbaycanın Baş naziri Əli Əsədov İordaniya Krallığı Senatının sədri Faysal Al Fayez ilə görüşüb.
     1.07.2022

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ