Təcili

Məlumat

  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. REGİON

Kateqoriya : XƏBƏRLƏR

REGİON

Yayınlanma tarixi:22.10.2021 15:17:39

İrakli Qaribaşvili keçmiş hakim partiya “Vahid Milli Hərəkat”-dan (VMH) olan namizədlərin dəstəklənməsini rüsvayçılıq hesab edir.

 İslamazeri.com az.shafaqna.com-a istinadən xəbər verir ki, Gürcüstanın Baş naziri İrakli Qaribaşvili keçmiş hakim partiya “Vahid Milli Hərəkat”-dan (VMH) olan namizədlərin dəstəklənməsini rüsvayçılıq hesab edir.

Xatırladaq ki, Gürcüstanda yerli özünüidarəetmə orqanlarına seçkilərin 2-ci turu 30 oktyabrda keçiriləcək. Birinci turun nəticələrinə əsasən, hakim partiya “Gürcü Arzusu” və VMH 20 şəhərdə və rayonda, o cümlədən də Tbilisidə 2-ci tura hazırlaşır.

“Bu gün VMH-a - Saakaşvili hakimiyyətinin təmsilçilərinə, onun namizədlərinə dəstək və səs vermək həqiqətən də böyük biabırçılıqdır, mən birbaşa bu cür deyərdim… Regionların inkişafı istiqamətində növbəti aylarla bağlı bizim ciddi planlarımız var və hər şey olduqca yaxşı olacaq”, - deyə o qeyd edib.

Qaribaşvili əlavə edib ki, “biz ölkəni sakitləşdirəcəyik və bundan sonra əhalinin qayğısına qalmağa, real problemləri həll etməyə başlayacağıq”.

Bununla yanaşı, Baş nazir yenidən əhalini 30 oktyabr seçkilərinə gəlməyə çağırıb.


Saakaşvilinin partiyasını dəstəkləmək ayıbdır - Gürcüstanın Baş Naziri

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Keşiş Roma Papasına: Tövbə etməlisən...
    Xatırladaq ki, Roma Papası şənbə günü Yunanıstana gəlib və səfər 3 gün davam edəcək.
     5.12.2021
    Azərbaycanın gimnastika komandası Avropa çempionatında 5-ci oldu
    Portuqaliyanın Gimaraynş şəhərində “TeamGym” üzrə Avropa çempionatı başa çatıb.
     5.12.2021

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ