EURO 1,9921 NEFT 72,13
USD 1,7 RUB 0,0273
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. REGİON

Kateqoriya : XƏBƏRLƏR

REGİON

Yayınlanma tarixi:06.05.2018 21:21:58

Gürcüstanın sabiq prezidenti Mixil Saakaşvili öz Facebook səhifəsində ölkə vətəndaşlarına müraciətini paylaşıb

Gürcüstanın sabiq prezidenti Mixil Saakaşvili öz Facebook səhifəsində ölkə vətəndaşlarına müraciətini paylaşıb. İslamazeri.com "voanyus"a istinadən xəbər verir ki, videomüraciətinin Amsterdamda çəkildiyini deyən Saakaşvili söz verir ki, tezliklə Gürcüstana qayıdıb "feodalların axırına çıxacaq".

Keçmiş prezident müraciətini 14 il əvvəl Acarıstan muxtar vilayətində Aslan Abaşidze rejiminin devrilməsi və separatçı bölgənin mərkəzi hökumətin nəzarətinə qayıtmasının ildönümündə edib.

Videoda Saakaşvilinin arxasında kanal var, qarşısında isə velosipedi.

"Əlbəttə, acarlar və bütün Gürcüstan vətəndaşları, mən sizi Amsterdam küçələrindən deyil, birbaşa Batumidən salamlamaq istərdim, bax bu velisipedi də orda sürərdim. Eybi yoxdu, o günü də görəcəyik" - deyə sabiq prezident bildirib.

Saakaşvili deyib ki, Gürcüstana qayıdıb insanların sosial vəziyyətini yaxşılaşdıracaq, turizmin "əvvəlki inkişaf tempini bərpa edəcək".

O, Acarıstanda turizmin inkişaf səviyyəsinin qənaətbəxş olmadığını deyib.

"Mənim böyük planlarım var, mütləq tezliklə qayıdacam" - deyə keçmiş prezident vəd verib.

Gürcüstanda Saakaşviliyə qarşı bir neçə cinayət işi qaldırılıb.

Amma onun partiyası müxalifət kimi ölkənin siyasi həyatında fəal iştirak edir.


Saakaşvili: "Gürcüstana qayıdıb feodalların axırına çıxacam"

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Bil Geytsdən 55 milyard dollar daha varlı insan - FOTO
    Dünyanın ən varlı adamı yeni rekord vurdu.
     17.07.2018
    Vergilər nazirinin müavini: “Sentyabrdan maliyyə hesabları barədə məlumatlar avtomatik mübadilə ediləcək”
    Bu barədə vergilər nazirinin müavini Sahib Ələkbərov Tbilisidə vergilər sahəsində beynəlxalq əməkdaşlığa həsr olunmuş regional forumda çıxışında deyib.
     17.07.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ