EURO 1,8991 TRY 0,294
USD 1,7 RUB 0,0271
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. MARAQLI

Kateqoriya : XƏBƏRLƏR

MARAQLI

Yayınlanma tarixi:22.11.2019 13:10:46

Başı dərddə olan Netanyahuya gözlənilən dəstək Səudiyyədən gəlib

İslamazeri.com xəbər verir ki, Netanyahuya qarşı 3 ittiham son anda geri çəkilməzsə, İsrailin hazırki baş nazirinin başı böyük dərdə girəcək.

Artıq İsrail hökümətinin hüquq müşaviri Avixay Mandelblit bu haqda çıxış edərək, Netanyahuya qarşı 3 ittiham irəli sürüldüyünü bildirib.

Onun sözlərinə görə, Netanyahu "4000"-ci işlə bağlı rüşvət almaqda, "2000"-ci işlə bağlı "ictimaiyyətin etibarından sui-istifadə və dələduzluq", "1000"-ci iş üzrə isə biznesmenlərdən hədiyyə alaraq vəzifə səlahiyyətlərini aşmada ittiham olunur.

Həmçinin məlumat verilir ki, Ədliyyə nazirliyi Netanyahunun əsas ittihamçısı Liat Ben Arinin xaricdən qaytarılmasını reallaşdıracaq. Liat Ben Ari Netanyahuya qarşı istintaqın getdiyi vaxt, Cənubi Afrika Respublikasında ailəsilə birlikdə olduğu üçün bu istintaq yekunlaşmayıb.

Netanyahunun korrupsiya və daha iki ittihamla üz-üzə qalması, İsraildən çox Səudiyyə Ərəbistanında bəzi siyasətçiləri narahat edib.

Cümə günü Səudiyyənin siyasi analitiki Abdul Hamid  Ğallabin özünün tvitter səhifəsində "Allah səni qorusun və gücləndirsin. Siz ixlasla öz dövlətinizə və xalqınıza sadiqsiniz. İsrailə belə bir rəhbər tapmaq üçün çox vaxt lazım olacaq. Siz böyük şəxsiyyətlər arasında olmağınıza layiqsiniz. Bu İsraili ərəb ölkələrində xoş bir ölkəyə çevirdi. (Bu şəxsə) Böyük hörmət və təqdirim var", deyə yazıb.

Qeyd edək ki, İsrail mediasının yazdığına görə, Abdul Hamid  Ğallabin İsrail və Səudiyyə Ərəbistanının yaxınlaşması üçün çıxış edən ən tanınmış 50 nəfərdən biridir.

Sizin üçün maraqlı ola bilərİsrail mediasının "İranın Suriyada vurulma" xəbərləri Netanyahunu xilas etmək üçündür?


Rüşvət və dələduzluqda ittiham olunan Netanyahuya gözlənilən dəstək Səudiyyədən gəldi

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • “EuroHome”da sahibkarlara ödəniləcək kompensasiya ilə bağlı müzakirə keçirilib
    Sahibkarlara dəymiş ziyanla əlaqədar olaraq aparılan müvafiq araşdırmalar barədə məlumat verilib.
     13.12.2019
    ABŞ Senatı erməni soyqırımının tanınmasına dair qətnaməni qəbul etdi
    ABŞ Senatı 1915-ci ildə Osmanlı İmperiyası dövründə ermənilərin qətllərinin soyqırım kimi tanınmasına dair qətnaməni yekdilliklə qəbul edib
     13.12.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ