Rustavidə Məbəs Günü münasibətilə bayram tədbiri keçirilib - FOTOLAR

Rustavidə Məbəs Günü münasibətilə bayram tədbiri keçirilib - FOTOLAR
Yayınlanma tarixi: 1/18/2026 5:00:01 PM

Gürcüstanın Rustavi şəhərində Məbəs bayramı münasibətilə möhtəşəm bayram tədbiri təşkil olunub.

İslamazeri.com xəbər verir ki, məclis Azər Süleymanovun aparıcılığı ilə açılıb, Vidadi Qurbanovun Qurani-Kərim tilavəti isə mərasimə dərin mənəvi ab-hava bəxş edib.

Tədbirdə ictimaiyyət nümayəndələri, müəllimlər, vətəndaşlar, Gürcüstanda fəaliyyət göstərən dini qurumların rəhbərləri, beynəlxalq səfirliklərin nümayəndələri, ilahiyyatçılar və din xadimləri iştirak ediblər.

Çıxış edənlər arasında Bütün Gürcüstan Müsəlmanları İdarəsinin Şeyxi Hacı Faiq Nəbiyev, Gürcüstanın Şərqi müftisi Etibar Eminov, Azərbaycandan dəvət olunmuş din xadimi və ilahiyyatçı Hacı Eldayaq Hüseynov, Azərbaycan səfirliyinin məsul katibi Cavid Məhərrəmov, eləcə də İran səfirliyinin Dini İşlər müşaviri Əli Qurbani və Türkiyə səfirliyinin Dini İşlər müşaviri Mahmud Göl yer alıblar. Onlar Məbəs bayramının mahiyyəti və İslam tarixindəki əhəmiyyətindən söz açaraq iştirakçıları təbrik ediblər.

Tədbir Əhli-beyt məddahı Səid Həsənin ilahiləri, həmçinin körpələrin səsləndirdiyi dini ilahilər və şeirlərlə davam edib. Yekunda iştirakçılar arasında püşkatma keçirilib və hədiyyələr təqdim olunub.

FOTOLARA KEÇİD!

GÜNÜN MANŞETLERİ

Azərbaycana yay fəsli daxil olub
ÖLKƏ / MÜXTƏLİF

Azərbaycana yay fəsli daxil olub

6/21/2026 1:21:06 PM
Pezeşkiyan Pakistan nümayəndə heyətini qəbul edib
REGİON / İRAN

Pezeşkiyan Pakistan nümayəndə heyətini qəbul edib

6/21/2026 11:00:06 AM
İran nümayəndə heyəti İsveçrədədir
REGİON / İRAN

İran nümayəndə heyəti İsveçrədədir

6/21/2026 10:21:43 AM
İsrailin dinc əhaliyə qarşı qırğını davam edir
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İsrailin dinc əhaliyə qarşı qırğını davam edir

6/20/2026 12:30:11 PM