Rusiya Xarici İşlər Nazirliyi gəminin saxlanması məsələsi ilə bağlı danimarkalı həmkarları ilə əlaqə saxladığı qeyd olunur.
İslamazeri.com-un "Eastnews.org"-a istinadən verdiyi xəbərə görə, Danimarka hakimiyyəti Okeanologiya İnstitutuna məxsus Rusiyanın “Akademik İoffe” tədqiqat gəmisini saxlayıb.
Bu barədə Rusiyanın Kopenhagendəki səfirliyi məlumat yayıb.
Hadisə noyabrın 1-də Skagen limanının yol kənarında gəmiyə yanacaq doldurarkən baş verib. “Gəminin həbsi R/V Akademik İoffe-nin əvvəlki fəaliyyəti ilə bağlı üçüncü tərəf iddiası çərçivəsində müvəqqəti tədbir kimi həyata keçirilib”, - diplomatik agentliyin saytında dərc olunan məqalədə deyilir.
Digər təfərrüatlar verilmir.