Rusiyanın ən yaşlı qadın sakini vəfat edib.

İslamazeri.com-un RİA-ya istinadən verdiyi xəbərə əsasən, Rusiyanın ən yaşlı qadın sakini Koka İstambulova 130 yaşında Çeçenistanda dünyasını dəyişib.
Bu haqda onun nəvəsi İlyas Abubakarov bildirib.
Onun sözlərinə görə, Koka xanım heç nədən şikayətlənmirdi.
“Biz, həmişəki kimi, yemək yedik, o zarafat edirdi, söhbət edirdi. Sonra qəfildən halı pisləşdi. O, sinəsindəki ağrıdan şikayətlənirdi. Həkim çağırdıq, dedilər ki, ürək təzyiqi düşüb, iynə vurdular”, - deyə İlyas deyib.
Yaşlı qadının nəvəsi qeyd edib ki, onu xilas etmək mümkün olmayıb: “Bir müddət sonra isə, o, vəfat etdi”.
“Sakitcə, rahat, tam ayıq şəkildə və dodaqlarında dua ilə”, - deyə o əlavə edib.
Rusiyanın ən yaşlı müsəlman sakini 130 yaşında vəfat etdi