Rusiyadan xəbərdarlıq: İrana qarşı güc tətbiqi regional böhrana səbəb olacaq

Rusiyadan xəbərdarlıq: İrana qarşı güc tətbiqi regional böhrana səbəb olacaq
Yayınlanma tarixi: 2/5/2026 5:24:05 PM

Rusiyanın BMT-dəki Daimi Nümayəndəsi İrana qarşı güc tətbiqinin region üçün təhlükəli nəticələrə səbəb olacağını vurğuladı.

İslamazeri.com xəbər verir ki, Rusiyanın BMT-dəki Daimi Nümayəndəsi Vasili Nebenzya cümə axşamı rusiyalı jurnalistlərə verdiyi açıqlamada, ABŞ və müttəfiqlərinin sağlam düşüncədən istifadə edib daha konstruktiv hərəkət edəcəyinə ümid etdiyini əlavə edib.

TASS-ın məlumatına görə, Nebenzya istənilən hərbi həllin qəbuledilməz və təhlükəli olduğunu və regional nəticələrə səbəb ola biləcəyini bildirib.

Nebenzya həmçinin ilin əvvəlindən bəri İranı "ləyaqətdən salmaq" kampaniyasının gücləndiyini və ölkədəki etirazlar barədə gizli açıqlamalar verildiyini xatırladıb.

Nebenzya bildirib ki, “15 yanvarda ABŞ-ın tələbi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib və gözlənildiyi kimi, Qərb nümayəndə heyətlərinin bəyanatları Tehrana qarşı ittihamlarla məhdudlaşıb. Lakin biz və Şuradakı bəzi konstruktiv tərəfdaşlarımız müzakirəni təcili gündəm maddələrinə qaytardıq və beynəlxalq sülh və təhlükəsizliyə qarşı real təhdidlərin - yəni İrana qarşı güc tətbiqi və ölkənin daxili işlərinə müdaxilə kimi açıq təhdidlərin haradan qaynaqlandığını vurğuladıq”.

GÜNÜN MANŞETLERİ

Rusiya: İran bizim yaxın ortağımızdır
REGİON / RUSİYA

Rusiya: İran bizim yaxın ortağımızdır

2/5/2026 3:15:01 PM
İran XİN-dən ABŞ-la müzakirəyə dair AÇIQLAMA
REGİON / İRAN

İran XİN-dən ABŞ-la müzakirəyə dair AÇIQLAMA

2/5/2026 1:34:09 PM
İsrail daha 24 fələstinlini qətlə yetirdi
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İsrail daha 24 fələstinlini qətlə yetirdi

2/5/2026 12:13:32 PM