Təcili

Məlumat

  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. REGİON

Kateqoriya : XƏBƏRLƏR

REGİON

Yayınlanma tarixi:19.11.2021 16:44:39

Bu haqda Ermənistan parlamentinin təhlükəsizlik və müdafiə komitəsinin rəhbəri Andranik Koçaryan məlumat verib.

Rusiya Müdafiə Nazirliyi Yerevan və Bakıya demarkasiya prosesini 0 nöqtəsindən başlamağı təklif edib.
İslamazeri.com Sputnik-ə istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin "Mülki vətəndaş" fraksiyasının sədri və parlamentin təhlükəsizlik və müdafiə komitəsinin rəhbəri Andranik Koçaryan bildirib.
"Söhbət prosesin sıfır nöqtəsindən tərpənməsindən gedir və Ermənistan buna öz razılığını verib", - deyə Koçaryan bildirib.
O vurğulayıb ki, bu məsələdə ciddi şəkildə konfidensiallığı qorumaq lazımdır. Komitə sədrinin sözlərinə görə, müzakirələr qüvvələrin sərhəddə harada yerləşməsi ətrafında gedir və yeni gərginliyi yaratmamaq üçün ciddi ehtiyatlılıq göstərmək lazımdır.
 
Xatırladaq ki, Ermənistan silahlı qüvvələrinin bölmələri noyabrın 16-sı Azərbaycan dövlət sərhədinin Kəlbəcər və Laçın rayonları ərazisindən ölkəmizə qarşı genişmiqyaslı təxribat törədib. Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, Ermənistanın hərbi birləşmələri dövlət sərhədinin bu istiqamətindəki yüksəklikləri ələ keçirmək və hərbi üstünlüyə nail olmaqla daha əlverişli mövqelərə yiyələnmək məqsədilə noyabrın 16-sı saat 11.00 radələrində qəfil hərbi əməliyyata başlayıb.
Basarkeçər və Qarakilsə rayonlarında yerləşən sərhəd-döyüş mövqelərinə əlavə canlı qüvvə, hərbi və xüsusi texnika cəmləşdirən Ermənistan hərbi bölmələri Azərbaycan Ordusunun Kəlbəcər və Laçın rayonlarındakı döyüş postlarına hücum edib.
Noyabrın 16-sı axşam saatlarından etibarən Azərbaycan-Ermənistan dövlət sərhədində vəziyyət sabitləşib.
Ermənistanın dövlət sərhədində törətdiyi təxribat və hərbi avantüra tam iflasa uğrayıb.
Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

Rusiyadan sərhədlərin demarkasiyası ilə bağlı Bakı və İrəvana TƏKLİF

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Keşiş Roma Papasına: Tövbə etməlisən...
    Xatırladaq ki, Roma Papası şənbə günü Yunanıstana gəlib və səfər 3 gün davam edəcək.
     5.12.2021
    Azərbaycanın gimnastika komandası Avropa çempionatında 5-ci oldu
    Portuqaliyanın Gimaraynş şəhərində “TeamGym” üzrə Avropa çempionatı başa çatıb.
     5.12.2021

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ