Rusiyadan seçkiöncəsi Türkiyə açıqlaması

Rusiyadan seçkiöncəsi Türkiyə açıqlaması
Yayınlanma tarixi: 27.05.2023 13:02:04

Moskva Ankara ilə qarşılıqlı faydalı əməkdaşlığın daha da təkmilləşdirilməsinə ümid edir.

İslamazeri.com Sputnik-ə istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin dördüncü Avropa departamentinin direktoru Yuri Pilipson Türkiyədə prezident seçkilərinin ikinci turu ərəfəsində bildirib.

“Türkiyə nəhəng dövlət, nüfuzlu regional oyunçudur. Bu ölkə son illər ilk növbədə öz milli maraqlarını təmin etmək üçün əksər məsələlərdə müstəqil xətt yürüdür. Belə prinsipial yanaşma, artıq qeyd olunduğu kimi, qarşılıqlı faydalı ikitərəfli əməkdaşlığın inkişafına töhfə verir. Təbii ki, biz onun daha da təkmilləşdirilməsini səbirsizliklə gözləyirik”, – deyə diplomat vurğulayıb.

 
Onun sözlərinə görə, Rusiya-Türkiyə əməkdaşlığı son illərdə xüsusilə dinamik inkişaf edib, 2022-ci ildə ticarətin həcmi 62 milyard dollardan çox olub.

“Dünyada hər kəs belə effektiv qarşılıqlı əlaqəni sevmir. Qərbdə bir çoxları uğurlarımızı təkrarlaya bilməyib, başqalarının qurduqlarını məhv etməyi seçirlər. Görünür, Rusiya-Türkiyə münasibətləri ilə bağlı belə destruktiv xətt davam edəcək. Bununla belə, əminəm ki, türkiyəli həmkarlarımızla biz düşmən qüvvələrin təxribatçı cəhdlərinə müqavimət göstərə biləcəyik”. , – deyə diplomat bildirib.

Xatırladaq ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkədə keçirilən prezident seçkilərinin birinci turunda səslərin 49,52 faizini, onun yeddi müxalifət partiyasından olan rəqibi Kamal Kılıçdaroğlu isə 44,88 faiz səs toplayıb. İkinci turun mayın 28-də keçirilməsi nəzərdə tutulub. Qalib gəlmək üçün namizədə sadə səs çoxluğu lazımdır.

GÜNÜN MANŞETLERİ