Rusiya NATO-ya təhlükəli vəziyyətlərin riskini azaltmaq üçün hərbi təlimlər zamanı təmkinli olmaqla bağlı razılıq da təklif edib.
İslamazeri.com-un Eastnews.org-a istinadən verdiyi xəbərə görə, Rusiya NATO-ya bütün mübahisələri sülh yolu ilə həll etmək və güc tətbiq etməkdən çəkinmək üçün saziş imzalamağı təklif edib.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin “ABŞ və NATO-nun hüquqi təhlükəsizlik zəmanətlərini təmin etmək üçün Rusiya sənədləri layihəsi”ndə bildirilib.
“Bir-biri ilə münasibətlərində iştirakçılar bütün beynəlxalq mübahisələri sülh yolu ilə həll etməyi, habelə hər hansı güc tətbiqindən və ya bu gücün hər hansı bir şəkildə tətbiqi hədəsindən çəkinməyi öhdələrinə götürürlər”, - deyə sənəddə qeyd olunub.
Rusiya NATO-ya təhlükəli vəziyyətlərin riskini azaltmaq üçün hərbi təlimlər zamanı təmkinli olmaqla bağlı razılıq da təklif edib. Bundan başqa Moskva NATO-ya fövqəladə hallarda təmasların davam etdirilməsi üçün qaynar xətt yaratmağı təklif edib.
Bundan başqa, Rusiya ABŞ-ı postsovet ölkələrini NATO-ya qəbul etməkdən imtina etməyə çağırıb.
“ABŞ NATO-nun şərqə doğru daha da genişlənməsini istisna etməyi və əvvəllər SSRİ-nin tərkibində olan dövlətləri alyansa qəbul etməkdən imtina etməyi öhdəsinə götürməlidir. Birləşmiş Ştatlar Şimali Atlantika Müqaviləsi Təşkilatının şərq istiqamətində daha da genişlənməsini istisna etməyi, əvvəllər Sovet Sosialist Respublikaları İttifaqının üzvü olmuş dövlətləri alyansa qəbul etməkdən imtina etməyi öhdəsinə götürməlidir", - deyə sənəddə qeyd olunub.