Rusiyada dost olmayan ölkələrə məxsus aktivlərə qəyyum təyin ediləcək

Rusiyada dost olmayan ölkələrə məxsus aktivlərə qəyyum təyin ediləcək
Yayınlanma tarixi: 26.04.2023 18:11:16

Rusiya prezidenti Vladimir Putin ölkəsində qeyri-dost ölkələrə məxsus aktivlərə qəyyumların təyin edilməsinə icazə fərman imzalayıb.

İslamazeri.com xəbər verir ki, məlumata görə Rusiyada başda ABŞ olmaqla, dost olmayan ölkələrin aktivlərinə qəyyum təyin edilməsinə icazə verən fərmanda sözügedən aktivlərə nəzarət Rusiya Federal Dövlət Əmlakının İdarə Olunması Agentliyi tərəfindən həyata keçiriləcək.

Bu kontekstdə sərəncamda Almaniyanın Uniper və Finlandiyanın Fortum şirkətlərinin Rusiyadakı aktivlərinin idarə olunması üçün müvəkkil təyin edildiyi bildirilib.

Uniperin Rusiyada beş geotermal elektrik stansiyası, Fortumun yeddi geotermal elektrik stansiyası, eləcə də müxtəlif elektrik enerjisi istehsalı və paylama sərmayələri mövcuddur.

GÜNÜN MANŞETLERİ