Rusiya tərəfindən Ermənistana edilən humanitar yardımın bağça və məktəblər üçün olduğu qeyd olunub.
İslamazeri.com "Az.shafaqna.com"-a istinadən xəbər verir ki, Rusiya sülhməramlıları və vətəndaşları Qarabağdakı ermənilərə 1,25 ton humanitar yardım edib.
Bu barədə Rusiya Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, humanitar yardım bağça və məktəblər üçün edilib.
Yardıma elektrik generatoru, elektrik sobaları və qızdırıcıları, ofis ləvazimatları, birinci zərurət əşyaları və isti əşyalar daxildir.