Bu sözləri Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzia bildirib.
Rusiyanın BMT-dəki daimi nümayəndəsi jurnalistlərə deyib ki, Moskva Talibanın Əfqanıstanı BMT-də təmsil etməsinə icazə verməyə hazır deyil.
İslamazeri.com İran mediasına istinadən xəbər verir ki, Vasili Nebenzia əlavə edib ki, heç kim Talibanı tanımağa tələsmir.
Onun sözlərinə görə, tanınma məsələsi o zaman yaranır ki, beynəlxalq ictimaiyyət Taliban hakimiyyətinin verdiyi vədlərin və öhdəliklərin yerinə yetiriləcəyinə əmindi.
Rusiyalı diplomat Talibanın həyata keçirməyi öhdəsinə götürdüyü məsələlərə, o cümlədən insan hüquqlarına, xüsusilə də qadınlar və qızlara aid məsələlərə, həmçinin terrorizm və narkotiklərlə mübarizəyə toxunub.