1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:13.09.2017 09:41:18

Əsas üstünlük xəstəxana və məktəblərin bərpasına veriləcək

Rusiya Suriyaya külli miqdarda inşaat avadanlıqları və materialları göndərməyə hazırlaşır.

İslamazeri.com RT-yə istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, bununla 6 ildir davam edən müharibədə böyük dağıntılara məruz qalmış Suriya şəhərlərinin bərpasına yardım etmək nəzərdə tutulur.

Milyardlarla dollara başa gələcək yenidənqurma işləri üçün ilkin olaraq 4 min ton inşaat materialı və 40 ədəd inşaat texnikasının bu ölkəyə göndərilməsi nəzərdə tutulur. Buldozer, ekskavator və qaldırıcı kranlardan ibarət inşaat texnikalarının göndərilməsi üçün hazırlıq işləri görülür.

Nazirlik bildirib ki, bununla yanaşı Suriyaya 2 min ton həcmində metal borular da göndəriləcək və sıradan çıxmış su xətlərinin bərpasında istifadə olunacaq.

Yardım paketinə ölkənin yüz kilometrlərlə məsafədə dağılmış elektrik və kommunikasiya xətlərinin bərpasına yardım məqsədilə yüksəkgərginlikli naqillər və fiberoptik kabellər də daxildir.

Məlumata görə, yardım yükü Rusiyanın Novorossiysk limanından yola salınacaq və ilkin olaraq son günlər terrorçulardan azad edilmiş Deyr əz-Zor əyalətinin bərpasında istifadə olunacaq. Əsas üstünlük xəstəxana və məktəblərin bərpasına veriləcək.


Rusiya Suriyaya 4 min tondan çox inşaat materialı və texnikası göndərir

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • NATO rəhbəri bir daha Ərdoğandan üzr istədi
    Türkiyə prezidenti bundan əvvəl qeyd olunan insidentə görə NATO rəhbərliyinin üzrxahlığını qəbul etməkdən imtina edib.
     19.11.2017
    Bakıda 16 mərtəbəli binada yanğın: Bina sakinləri təxliyyə edilir
    Əraziyə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub. Hazırda bina sakinləri təxliyyə edilir.
     19.11.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ