Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanov bildirib ki, Rusiya Türkiyə prezidenti Ərdoğanla Suriya prezidenti Bəşər Əsəd arasında keçiriləcək görüşə ev sahibliyi etməyə hazırdır.
İslamazeri.com xəbər verir ki, Rusiya prezidenti Vladimir Putinin Yaxın Şərq və Afrika ölkələri üzrə xüsusi nümayəndəsi, Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanov, gündəmlə bağlı açıqlamasında Rusiyanın Türkiyə və Suriyaya vasitəçilik etmədiyini bildirərək, tələb olunarsa, Ərdoğanla Suriya prezidenti Bəşər Əsəd arasında görüş keçirməyə hazır olduqlarını qeyd edib.
"Biz bunun doğru olacağını deyirik, lakin indiyədək siyasi səviyyədə konkret iş olmayıb. Hələlik belə bir plan yoxdur", - Boqdanov qeyd edib.
Boqdanov daha sonra əlavə edib:
"Hər şey tərəflərin istəyindən asılıdır, biz heç kimi heç nəyə məcbur etmirik. Bizdən soruşsalar və Ankara və Dəməşqdəki tərəfdaşlarımızın belə bir marağı olsa, təbii ki, müsbət cavab verəcəyik".