Rusiyanın Livana 25 min ton buğda və 10 min ton yanacaq dəstəyi verəcəyi bildirilir.
Livanın ictimai işlər və nəqliyyat naziri Əli Hamiyə mətbuata verdiyi açıqlamada Rusiyanın ərzaq və elektrik böhranı ilə mübarizə aparan ölkəyə 25 min ton buğda və 10 min ton yanacaq bağışlayacağını bildirib.
Hamiye Rusiya Prezidenti Vladimir Putinin Livan üçün buğda və yanacaq qrantını təsdiqlədiyini bildirib.
Bu məsələ ilə bağlı dünən-31 oktyabr Livana məlumat verildiyini deyən Hamiyə Moskvanın buğda və yanacaq dəstəyini nə vaxt göndərəcəyi ilə bağlı təfərrüatları açıqlamayıb.
Digər məlumata görə, Pakistan da Rusiyadan 300 min ton buğda alacaq.
Məlumata görə, müvaviq idxal müqaviləsini Pakistan hökumətinin nəzdindəki İqtisadi Koordinasiya Komitəsi (İKK) təsdiqləyib.
Qərar maliyyə və gəlir naziri İshaq Darın sədrliyi ilə keçirilən İKK iclası zamanı qəbul edilib.
Pakistan Rusiya buğdasınnı hər 1 tonu üçün 372 dollar ödəyəcək.
Kənd təsərrüfatı məhsulu 2022-ci il 1 noyabrdan 2023-cü il 15 yanvaradək olan dövrdə tədarük ediləcək.
Qeyd edək ki, 3 gün öncə Rusiya Kənd Təsərrüfatı naziri Dmitriy Patruşov kasıb ölkələrə 500 min ton taxılı, təmənnasız verəcəyini açıqlamışdı.