"NATO hazırda Asiyanı da ittifaqın maraq zonası elan edib və özünün müdafiə zonasını Çinin sərhədlərinədək çəkib".
İslamazeri.com xarici mediaya istinadən xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko bildirib.
“NATO düşmənsiz yaşaya bilməyən bir təşkilatdır. O, düşmən olmasa, ölər. (NATO üçün) ən əsası - düşmən obrazı yaradaraq həmin potensial düşmənin sərhədlərinə doğru irəliləməkdir”, - deyə o qeyd edib.
Qruşko deyib ki, NATO hazırda Asiyanı da ittifaqın maraq zonası elan edib və özünün müdafiə zonasını Çinin sərhədlərinədək çəkib.