EURO 1,8941 TRY 0,2634
USD 1,7 RUB 0,0215
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. HƏRBİ

Kateqoriya : XƏBƏRLƏR

HƏRBİ

Yayınlanma tarixi:28.02.2020 11:48:44

"Rusiya Hərbi-Kosmik aviasiyası Behun yaşayış məntəqəsində olmayıb"

İslamazeri.com "Sputnik"ə istinadla məlumatına görə, bu sözləri Rusiya Müdafiə Nazirliyinin bəyanatında qeyd edilir.

Rusiya Müdafiə Nazirliyindən bildirilib ki, fevralın 27-i "Hayyat Tahrir əş-Şam" terror qruplaşmasından olan yaraqlılar Behun yaşayış məntəqəsində Suriya ordusunun mövqelərinə hücum etməyə cəhd ediblər. Suriya ordusu cavab atəşi açıb. Nəticədə türk ordusunun hərbçiləri də atəş altında qalıb.

Müdafiə Nazirliyi vurğulayıb ki, Türkiyə tərəfinin məlumatlarına görə, həmin bölgədə Türkiyə ordusunun bölmələri olmayıb və olmamalıdır.

Türkiyə hərbçilərinin xəsarət alması ilə bağlı məlumat əldə olunduqdan sonra Rusiya tərəfi atəşin dayandırılması üçün tədbirlər görüb və ölən və yaralı hərbçilərin Türkiyə ərazisinə təxliyə olunmasını təmin edilib.

"Rusiya Hərbi-Kosmik aviasiyası Behun yaşayış məntəqəsində olmayıb", - deyə nazirlikdən bildirilib.

Xatırladaq ki, Suriya rejimi tərəfindən İdlibdə Türk Silahlı Qüvvələrinə qarşı törədilmiş hava hücumu nəticəsində həlak olan türk əsgərlərinin sayı 33-ə çatıb.


Rusiya MN Türk hərbçilərin İdlibdə hücuma məruz qalmasına münasibət bildirdi

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Ayətullah Sistani koronavirusdan ölənlərin kəfən, dəfn və digər məsələləri açıqladı - ƏTRAFLI
    İraq mediası Ayətullah Seyid Sistaninin koronavirusa yoluxaraq ölənlərin kəfən və dəfn edilməsi barədə suallara verdiyi cavabları yayımlayıb.
     29.03.2020
    Həzrət Əbəlfəzl Abbasın (ə) mövlud günüdür
    Əziz müsəlman bacı və qardaşlarımızı cihad meydanının qəhrəmanı olan Həzrəti Əbəlfəzli Abbasın(ə) mövludu münasibəti ilə təbrik edirik!
     29.03.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ