Rusiya “Kinjal” raketinin vurulması ilə bağlı açıqlama verib

Rusiya “Kinjal” raketinin vurulması ilə bağlı açıqlama verib
Yayınlanma tarixi: 17.05.2023 11:43:38

Rusiyanın müdafiə naziri Sergey Şoyqu bildirib ki, Ukraynanın Rusiyanın 6 hipersəsli “Kinjal” raketinin vurulması ilə bağlı açıqlamaları həqiqəti əks etdirmir.

İslamazeri.com Türkiyə mediasına istinadən xəbər verir ki, Rusiyanın müdafiə naziri Sergey Şoyqu bildirib ki, Ukraynanın Rusiyanın 6 hipersəsli “Kinjal” raketinin vurulması ilə bağlı açıqlamaları həqiqəti əks etdirmir.

Şoyqu açıqlamasında Ukraynanın "Rusya məxsus 6 hipersonik Kinjal raketi vuruldu" ifadəsini dəyərləndirib.

Şoyqu yuxarıda qeyd olunan bəyanatları təkzib edərək deyib:

"Hər dəfə vurduqlarını söylədikləri qədər "Kinjal" raketi buraxmamışıq. Üstəlik, Ukraynanın qarşısını aldığını elan etdiyi raketlərin sayı bizim buraxdığımız raketlərin sayından 3 dəfə çoxdur. Ayrıca ABŞ müdafiə sistemlərinin kimin idarə etməsi ilə bağlı suallar da var".

Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi Ukraynanın paytaxtı Kiyevdə Amerika istehsalı olan “Patriot” hava hücumundan müdafiə sistemini hipersəsli “Kinjal” raketi ilə vurduqlarını bildirib.

Ukrayna Müdafiə Nazirliyi isə Rusiya ordusu tərəfindən atılan 6 "Kinjal" raketi də daxil olmaqla ümumilikdə 18 Rusiya raketinin hava hücumundan müdafiə sistemləri ilə vurulduğunu açıqlayıb.

GÜNÜN MANŞETLERİ