Rusiya Baş nazirinin müavini Aleksey Overçuk Ermənistanın paytaxtı İrəvana gedib.
İslamazeri.com “Report”-a istinadən xəbər verir ki, o, Baş nazir Nikol Paşinyanla görüşəcək.
Görüşdə əsasən kommunikasiya xətlərinin açılması məsələsi müzakirə ediləcək.
Xatırladaq ki, A.Overçuk noyabrın 24-də Azərbaycanda səfərdə olub və Prezident İlham Əliyev tərəfindən də qəbul edilib.