Bu barədə Rusiya Baş nazirinin müavini Aleksandr Novak bildirib.
Rusiya Azərbaycanla qaz tədarükünün artırılması ilə bağlı razılığa gəlib.
İslamazeri.com "Sputnik"ə istinadən xəbər verir ki, bu barədə Rusiya Baş nazirinin müavini Aleksandr Novak bildirib.
"Gələcəkdə Azərbaycan qaz hasilatını artırdıqda biz svop əməliyyatları müzakirə edə biləcəyik", - Rusiya rəsmisi deyib.
O, həmçinin qeyd edib ki, Rusiya Qazaxıstan və Özbəkistan nümayəndələri ilə də bu ölkələrin daxili bazarlarına qaz tədarükünün artırılmasına dair danışıqlar aparır.