Rusiya: ABŞ və NATO-dan cavab gözləyirik

Rusiya: ABŞ və NATO-dan cavab gözləyirik
Yayınlanma tarixi: 21.01.2022 17:47:57

Rusiya ABŞ və NATO-dan təhlükəsizliklə əlaqədar təkliflərə cavab gözlədiklərini açıqlayıb.

İslamazeri.com Türkiyə mediasına istinadən xəbər verir ki, Kreml mətbuat katibi Dmitri Peskov paytaxt Moskvada jurnalistlərə açıqlama verib.

Dekabr ayında ABŞ və NATO-ya təhlükəsizlik zəmanəti təklifləri də daxil olmaqla iki saziş layihəsi təqdim etdiklərini xatırladan Peskov Rusiyanın xarici işlər naziri Sergey Lavrov və ABŞ-ın dövlət katibi Antoni Blinkenin İsveçrənin Cenevrə şəhərindəki görüşünü dəyərləndirib.

Peskov Blinkenin Rusiyaya edilən bu təkliflərə yazılı cavab vermədiyinə diqqət çəkib.

"Biz Blinkenin cavab verməyəcəyini əvvəlcədən bilirdik. Bu görüşün başqa məqsədi var. Ümid edirik ki, Lavrov və Blinken təhlükəsizliklə bağlı üç raund danışıqlarının nəticələrini müqayisə etmək və fikir mübadiləsi aparmaq imkanı əldə edəcəklər" deyib.

Peskov "İlk addımlar atılıb. Danışıqlar aparılıb, məsləhətləşmələr davam edir. Narahatlığımıza nə cür cavab gələcəyi isə başqa məsələdir. Bunu yaxın günlərdə gözləyirik" ifadələrdən istifadə edib.

Türkiyənin Ukrayna problemini həll etmək cəhdlərini dəyərləndirən Peskov deyib:

"Ankaradan verilən açıqlamaları eşidirik. Mən bunu bir daha təkrarlayacağam: Ukraynadakı vəziyyəti həll etmək üçün göstərilən hər cəhd alqışlana bilər".

GÜNÜN MANŞETLERİ