Rusiya-ABŞ sammitindən söhbət getmir - Peskov

Rusiya-ABŞ sammitindən söhbət getmir - Peskov
Yayınlanma tarixi: 19.11.2022 09:46:31

Hazırda Rusiya-ABŞ sammitindən söhbətin getmədiyi açıqlanıb.

İslamazeri.com Sputnik-ə istinadən verdiyi xəbərə görə, hazırda Rusiya-ABŞ sammitindən söhbətin getmədiyi açıqlanıb.

Bu barədə Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Bundan əvvəl Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov Qahirədə keçirilən Strateji hücum silahlarının azaldılması və məhdudlaşdırılması Müqaviləsi üzrə görüşdən sonra ABŞ-la daha yüksək səviyyədə yeni təmasların olacağını istisna etməyib.
 
“Xeyr, hazırda hələ ki, sammitdən söhbət getmir”, – deyə Peskov jurnalistlərin Rusiya və ABŞ başçıları arasında görüşün mümkünlüyü ilə bağlı sualını cavablandırarkən deyib.

GÜNÜN MANŞETLERİ