1. http://www.islamazeri.com/
  2. MÜSAHİBƏ
  3. MÜNASİBƏT

Kateqoriya : MÜSAHİBƏ

MÜNASİBƏT

Yayınlanma tarixi:26.01.2019 00:37:25

Rus senator Puşkov Venesuelanın İraq və Liviya kimi ABŞ-ın yeni bir qurbanı olduğunu deyib.

Rus senator Aleksey Puşkov ABŞ Prezidenti Donald Trampın Venesuelada müxalif Xuan Quaidonu qanuni lider kimi tanıdıqları açıqlaması haqqında şərh edib.

İslamazeri.com xəbər verir ki, rus senator Puşkov Venesuelanın İraq və Liviya kimi ABŞ-ın yeni bir qurbanı olduğunu deyib.

Sosial media hesabından məsələ ilə bağlı açıqlama verən Puşkov, "ABŞ Venesuelada rejim dəyişikliyi başladıb. Ancaq Vaşinqtonun alternativ başqa birini tanıması, bunun nə Venesuela, nə də bütün dünya əhalisi tərəfindən tanındığı anlamına gəlmir. İraqdan Liviyaya qədər ABŞ-ın rejim dəyişikliyi etdiyi hər yer dağıldı və xaos hökm sürdü. Venesuela da yeni qurbandır" deyə şərh edib.

ABŞ Prezidenti Donald Tramp Venesuelada dövlət başçısı Nikolas Maduro hökumətinin legitimliyini itirdiyini bildirərək, özünü faktiki dövlət başçısı elan edən Milli Məclisin sədri Xuan Quaidonu ölkənin qanuni lideri kimi tanıdıqlarını açıqlayıb. Bu qərara sərt reaksiya göstərən Maduro isə ABŞ ilə diplomatik əlaqələri kəsdiyini açıqlayıb.


Rus senator: Venesuela ABŞ-ın yeni qurbanıdır

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Ərdoğan Trampın təhqiramiz məktubunu zibil qutusuna atdı
    Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan amerikalı həmkarı Donald Trampdan aldığı məktubu zibil qutusuna atıb.
     17.10.2019
     İran ilə Azərbaycan arasında elmi əməkdaşlığın genişləndirilməsi vacibdir - Səfir
    İran ilə Azərbaycan arasında digər sahələrdə olduğu kimi, elm və yeni texnologiyalar sahəsində də əməkdaşlıq əlaqələrinin genişləndirilməsi vacibdir.
     17.10.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ