1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İSLAM DÜNYASI

Kateqoriya : XƏBƏRLƏR

İSLAM DÜNYASI

Yayınlanma tarixi:16.07.2019 14:38:58

Rusiyalı biznesmen Məşhəddə İslam dinini qəbul edib.

İslamazeri.com-un ABNA-ya istinadən verdiyi xəbərə əsasən, Rusiyadan olan biznesmen İranın Məşhəd şəhərində İslam dinini qəbul edərək müsəlman olub.

İslamı qəbul etmək mərasimi İmam Rza (ə) hərəmində O həzrətin milad günündəcə baş tutub.

Müsəlmanlığı qəbul edən rus iş adamı Qərb ölkələrindəki işgüzar fəaliyyətlərinə görə öz kimliyini gizli saxlamaq qərarına gəlib. O bildirib ki, 5 il ərzində İslam dini barəsində araşdırma aparıb.

Mütaliələrimin sayəsində, mən Şiə İslamı qəbul edilməyə ən layiq olan din kimi gördüm”, - deyə o bildirib.

Qərbdəki islamofobiyaya toxunan rus iş adamı deyib ki, Avropa dövlətləri İslam və müsəlmanları bədnam etmək üçün İslam dinini mənfi təqdim edirlər.

Müsəlman olduqdan sonra adını dəyişərək “Əli” edən biznesmen qeyd edib ki, Qiyamət günü və ölümdən sonrakı həyatdan qorxduğu üçün İslam dinini qəbul edib.

Mən hər şeyə qadir olan Allahdan diləyirəm ki, məni bağışlasın”, - deyə o əlavə edib.

Məşhədə ikinci səfərini edən Əli deyib ki, İmam Rzanın (ə) “müqəddəs hərəmində gözəllikdən başqa bir şey görmədi”.


Rus biznesmen İmam Rzanın (ə) mövludunda İslamı qəbul etdi - TƏSİRLİ ETİRAF

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Gürcüstan sərhədini qeyri-qanuni keçən əcnəbilər saxlanılıb - VİDEO
    Onlar 4-5 il müddətinə azadlıqdan məhrum edilə bilərlər.
     14.08.2020
    Ərəb Əmirliyi İsraillə əlaqələri rəsmi olaraq normallaşdırdı - İLK REAKSİYALAR
    Razılaşma sənədində İsrail və BƏƏ arasında münasibətlərin bərpa ediləcəyi qeyd edilir.
     14.08.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ