1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:10.01.2020 12:53:05

Həsən Ruhani dünən İngiltərə baş naziri Boris Conson ilə telefon əlaqəsi qurub

İran Prezidenti Həsən Ruhani dünən İngiltərə baş naziri Boris Conson ilə telefon əlaqəsi yaradıb.

Ruhani Süleymanilə bağlı Consona "Əgər general-leytenant şəhid Qasim Süleymaninin səyləri olmasaydı, sizin indi Londonda təhlükəsizliyiniz olmazdı.", -deyə bildirib.

İslamazeri.com Rasthaber Azərbaycan-a istinadən xəbər verir ki, Ruhani Consonla danışığında İranın Amerikaya cavab olaraq, onun İraqdakı hərbi bazasına qarşı hücumunun BMT nizamnaməsinin 51 maddəsinə əsaslandığını və qanuni müdafiə olduğunu bildirib. Ruhani Süleymaninin anti-terror addımlarının dünyada təhlükəsizliyə səbəb olduğuna işarə edərək "Əgər general-leytenant şəhid Qasim Süleymaninin səyləri olmasaydı, sizin indi Londonda təhlükəsizliyiniz olmazdı.", -deyə qeyd edib.

"Əgər Amerika digər bir xəta törədərsə, təhlükəli cavab alacaqdır.", - Ruhani deyib.

Ruhani sabitsizliyin kökünü ABŞ-ın nüvə anlaşmasından çıxmasında və regiondakı qanunsuz iştirakında görüb.

Ruhani Avropanın nüvə anlaşmasındakı öhgəliklərinin icrası vacibliyini də vurğulayıb və Tehranın MAQATE ilə həmkarlıqlarını davam etdirəcəyini bildirib.

İngiltərənin baş naziri də bu telefon söhbətində İrandakı son hadisələrlə bağlı başsağlığı verib və regionda sabitliyin pozulması və münaqişənin şiddətlənməsinə görə, ingilis əsgərlərin təhlükəsizliklərindən nigaran olduğunu bildirib.

Conson, Tehran-London əlaqələrinin yaxşılaşdırılmasını istədiyini və nüvə anlaşmasının qorunmasını istəyib.


Ruhani Consona: Süleymani olmasaydı, Londonda təhlükəsizliyiniz olmazdı...

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Gürcüstan hökuməti qaz və işıq pulu üçün vətəndaşlara 4 aylıq güzəşt edəcək
    Bu haqda Gürcüstan Baş naziri Giorqi Qaxariya bildirib.
     06.08.2020
    Türkiyə vətəndaşları üçün Azərbaycan viza tələb etməyəcək, 3 ay qala bilərlər
    Azərbayan Dövlət Miqrasiya Xidməti Azərbaycana səfər etmək, yaşamaq və əmək fəaliyyəti ilə məşğul olmaq niyyətində olan Türkiyə Respublikası vətəndaşlarının diqqətinə məlumat yayıb.
     06.08.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ