ABŞ-ın Çindəki səfiri Çin Xarici İşlər Nazirliyinə çağırılıb.

ABŞ-ın Çindəki səfiri Nikolas Börns ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Tayvana səfəri ilə əlaqədar Çin Xarici İşlər Nazirliyinə çağırılıb.
İslamazeri.com xarici mediaya istinadən xəbər verir ki, Çin xarici işlər nazirinin müavini Xie Feng-ə ABŞ-ın Çindəki səfiri Börnsə Çin hökuməti adından ABŞ-a sərt etiraz bildirmək üçün təcili olaraq Xarici İşlər Nazirliyinə çağırmaq səlahiyyəti verildiyi bildirilib.
Xie açıqlamasında, Pelosinin Tayvana səfəri ilə "Çinin prinsipini ciddi şəkildə pozduğunu" deyərək, ABŞ-ı "təxribat və odla oynamaqda" günahlandırıb.
Rəsmi Pekin: "ABŞ təxribat yaradır və odla oynayır"