"Həyat Təhrir əş-Şam" rəsmisi Şeybani Münxen Təhlükəsizlik Konfransında Suriyanın İsrail üçün təhlükə yaratmadığını bir daha vurğulayıb.
İslamazeri.com xəbər verir ki, Suriyadakı müvəqqəti hökumətin xarici işlər naziri Əsəd Şeybani Münxen Təhlükəsizlik Konfransında keçirilən dialoq sessiyasında Suriyanın İsrail üçün heç bir təhlükə yaratmadığını təkrarlayıb və HTŞ-in "sülh niyyətlərinin İsrail tərəfindən istismar edildiyini" vurğulayıb.
HTŞ naziri Suriya xalqının İsrailin təcavüzkar siyasətindən dərin narahat olduğunu bildirib və vəziyyətin ciddiliyini göstərən rəqəmlər təqdim edib.
Şeybani 8 dekabr 2024-cü ildən bəri Suriya ərazisinin mindən çox hava hücumuna məruz qaldığını bildirib və Suriyanın cənubunda yeni ərazilərin işğal edildiyini, 500-dən çox quru əməliyyatının həyata keçirildiyini və çoxsaylı qanunsuz həbslərin baş verdiyini bildirib.