İran prezidenti Seyid İbrahim Rəisi və onun polşalı həmkarı Andjey Duda arasında telefon danışığı baş tutub.
İslamazeri.com xəbər verir ki, Rəisi ABŞ və Qərbin Avropadakı müharibə ilə bağlı İrana qarşı əsassız və qərəzli ittiham və bəyanatlarını təkzib edib.
“İslam Respublikası özünün bütün geniş potensialını Avropadakı müharibənin dayandırılması üçün istifadə etməyə hazırdır“, - deyə o qeyd edib.
“Avropadakı müharibənin ən əvvəlindən İranın mövqeyi münaqişə və müharibəyə qarşı çıxmaqdan ibarətdir“, – deyə İran prezidenti əlavə edib.
Onun sözlərinə görə, heç bir ölkə İran kimi müharibəyə qarşı çıxmaq motivasiyasına sahib deyil.