"İranın əsas prinsipi ondan ibarətdir ki, rəsmi Tehran digər ölkələr üzərində ağalıq etmək istəmir və digər ölkələrin dominantlığı altında da olmaq istəmir".

İslamazeri.com RT-a istinadən xəbər verir ki, ABŞ müstəqil dövlətləri öz qullarına çevirməyə çalışır.
Bu barədə İran prezidenti Seyid İbrahim Rəisi bildirib.
“Müstəqil olmaq istəyən ölkələr düşmənlərin hücumları ilə üz-üzədir... Amerikalılar müstəqil dövlətlərin olmasını istəmirlər, onlar bu ölkələri öz qullarına çevirmək istəyirlər“, - deyə o qeyd edib.
Rəisinin sözlərinə görə, İran 40 ildir ki, “ABŞ hökmranlığına müqavimət göstərir“.
İran prezidenti həmçinin deyib ki, İranın əsas prinsipi ondan ibarətdir ki, rəsmi Tehran digər ölkələr üzərində ağalıq etmək istəmir və digər ölkələrin dominantlığı altında da olmaq istəmir.
Rəisi: "İran başqa ölkələrin dominantlığı altında olmağı qəbul etməyəcək"