"Düşmənin ölkənin tərəqqisini əngəlləmək planı iflasa uğradı"
İslamazeri.com xəbər verir ki, bunu İran prezidenti Seyid İbrahim Rəisi deyib.
Rəisi Qərb mediasının İrana qarşı hay-küyünə toxunaraq, bildirib:
"Bu yaxınlarda həyatını itirən Məhsa Əminin işinin izlənməsinə baxmayaraq, düşmən mediası hay-küy salaraq, insanlarda başqa təəssürat yaratmağa çalışır.
Əfqanıstanda ABŞ-ın dəstəklədiyi terror təşkilatları tərəfindən çoxlu qız öldürülüb, lakin hüquq müdafiəçilərindən heç bir reaksiya olmayıb. Belə bir vəziyyətdə qərblilərin insan haqlarına və qadın hüquqlarına əməl etdiyini iddia etmək nə dərəcədə düzgündür?".
Düşmənin ölkənin inkişafına mane olmaq üçün yeni plan hazırladığını bildirən Rəisi deyib:
"İran İslam Respublikası iqtisadi problemlərini aradan qaldıraraq regionda və dünyada fəallaşdığı bir vaxtda düşmənlər ölkəni təcrid etmək üçün hərəkətə keçsələr də, onların yeni qəsdləri baş tutmadı".