"Amerikalılar özləri maksimum təzyiqdə uğursuzluğa düçar olduqlarını etiraf edirlər", - Rəisi bildirib.

İran prezidenti Seyid İbrahim Rəisi bu gün iştirak etdiyi tədbirdəki çıxışında ABŞ-ın maksimum təzyiq siyasətində uğursuzluğa düçar olduğunu bildirib.
İslamazeri.com MEHR-ə istinadən xəbər verir ki, Rəisi çıxışında deyib:
"Amerikalılar özləri maksimum təzyiqdə uğursuzluğa düçar olduqlarını etiraf edirlər. Bu o deməkdir ki, İslam İnqilabı qələbə və tərəqqi, ABŞ isə süqut və zəiflik yolundadır".
Sanksiyaların aradan qaldırılmalı olduğunu vurğulayan Rəisi deyib:
"Qəribədir ki, amerikalılar İranla sövdələşməyə hazır olduqlarını deyərkən sanksiya siyahısını artırırlar".
Rəisi: "ABŞ-ın maksimum təzyiq siyasəti uğursuzluğa düçar oldu"