Rəfsəncaninin qızı Faizə Haşimi həbs edildi

Rəfsəncaninin qızı Faizə Haşimi həbs edildi
Yayınlanma tarixi: 10.01.2023 10:58:25

Bu barədə vəkili Nida Şəms "tvitter"də paylaşım edib

İslamazeri.com xəbər verir ki, İran Məclisinin (parlament) keçmiş deputatı və İranın keçmiş prezidenti Ayətullah Əli Əkbər Haşimi Rəfsəncaninin qızı Faizə Haşimi beş il müddətinə azadlıqdan məhrum edilib.

Bu barədə vəkili Nida Şəms "tvitter"də paylaşım edib

Onun sözlərinə görə, İslam Respublikasının eks-prezidenti Əli Əkbərin Haşimi Rəfsəncaninin (1934-2017) qızı Faizə sentyabrın 27-də həbs edilərək Evin həbsxanasına göndərilib - .hamshahrionline yazıb.

“Müvəkkilim birinci instansiya məhkəməsi tərəfindən əhalini nümayişə təhrik etdiyinə görə beş il müddətinə azadlıqdan məhrum edilib”, vəkil bildirib.

Nida Şəms sözlərinin davamında bildirib ki, bu qərardan şikayət verəcək.

O həmçinin qeyd edib ki, İran ədliyyəsi 60 yaşlı Faizə Haşimini “ölkənin təhlükəsizliyinə qarşı sui-qəsd və mövcud hökumət sisteminə qarşı təbliğatda” da ittiham edib.

GÜNÜN MANŞETLERİ