Alimlər qeyri-adi hadisə ilə bağlı danışıblar.

İslamazeri.com-un “Islam Today”-ə istinadən verdiyi xəbərə əsasən, Ərəbistan dənizində Pakistanın Qvadara şəhərinin yaxınlığında yerləşən Zəlzələ adası yoxa çıxıb.
Həmin ada, Pakistanın cənubunda baş vermiş 7,7 bal gücündəki zəlzələnin səbəb olduğu güclü vulkan püskürməsi nəticəsində yaranmışdı.
Onun hündürlüyü 20 metr, uzunluğu 90 metr, eni isə 40 metr idi.
Adanın yox olması haqda NASA mütəxəssisləri müvafiq şəkilləri Pakistanın Milli Okeanoqrafiya İnstitutuna təqdim etməsindən sonra bəlli olub.
Alimlər isə qeyd bildirirlər ki, adanın yox olması onlar üçün gözlənilməz bir hal olmadı, çünki bu cür adaların ömrü olduqca qısa olur.
Ərəbistan dənizində ada yox oldu - SƏBƏB