Ərdoğandan başsağlığı mesajı:İranın yanında olacağıq’

Ərdoğandan başsağlığı mesajı:İranın yanında olacağıq’
Yayınlanma tarixi: 5/20/2024 4:37:41 PM

Әrdoğan helikopter qәzası nәticәsindә hәyatını itirәn İran prezidenti İbrahim Rәisi ilә әlaqәdar başsağlığı mesajı yayımlayıb.

İslamazeri.com xəbər verir ki, Türkiyә Prezidenti Rәcәb Tayyib Әrdoğan helikopter qәzası nәticәsindә hәyatını itirәn İran prezidenti İbrahim Rәisi ilә әlaqәdar başsağlığı mesajı yayımlayıb.

‘‘Helikopter qәzası nәticәsindә hәyatını itirәn әziz hәmkarım İbrahim Rәisiyә Allahdan rәhmәt dilәyirәm. Qәza nәticәsindә hәyatını itirәn İran xarici işlәr naziri vә digәr şәxslәrә dә rәhmәt dilәyirәm. Başda İran İslam Respublikasının dini lideri Әli Xamenei olmaqla dost vә qardaş İran xalqına, hökumәtinә, cәnab İ.Rәisinin vә digәr mәrhumların ailәlәrinә dәrin hüznlә başsağlığı verirәm. Vәzifәdә olduğu müdddәtdә  İran xalqının vә bölgәmizin hüzuru üçün göstәrdiyi sәylәrin şahidi olaraq cәnab İ.Rәisinin xatirәsini hörmәt vә ehtiramla yad edirәm. Türkiyә olaraq bu çәtin günlәrdә qonşumuz İranın yanında olacağıq’’.

GÜNÜN MANŞETLERİ

Hizbullahdan Livan hökümətin qərarına etiraz
DÜNYA / İSLAM DÜNYASI

Hizbullahdan Livan hökümətin qərarına etiraz

3/2/2026 9:22:01 PM
Livan hökümətindən Hizbullaha qadağa qərarı
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

Livan hökümətindən Hizbullaha qadağa qərarı

3/2/2026 9:17:35 PM
Müharibənin qalibi kim olacaq?
REDAKTORDAN

Müharibənin qalibi kim olacaq?

3/2/2026 8:08:01 PM