EURO 1,9142 TRY 0,3019
USD 1,7 RUB 0,0271
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. REGİON

Kateqoriya : XƏBƏRLƏR

REGİON

Yayınlanma tarixi:10.05.2019 17:29:01

Türkiyə prezidenti Aİ ilə bağlı danışıb.

İslamazeri.com-un “Islam Today”-ə istinadən verdiyi xəbərə əsasən, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib ki, Türkiyənin Avropa İttifaqında tam iştirakı olmadan, Avropa İttifaqının öz dəyərlərinin mühafizəsi istiqamətində atdığı bütün səyləri iflasa məhkumdur.

Onun sözlərinə görə, “Ankaranı Avropa cəmiyyətinin hüdudlarından uzaqlaşdırmaq istəyənlərin hərəkətlərinə baxmayaraq”, Türkiyə Aİ-yə üzv olmaq istiqamətindəki səylərini davam etdirmək niyyətindədir.

Türkiyənin tamhüquqlu iştirakı olmadan, Aİ-nin öz dəyələrini qoruma istiqamətindəki bütün səyləri uğursuzluğa məhkumdur. Aİ-nin Türkiyəyə olan ehtiyacı, Türkiyənin Aİ-yə olan ehtiyacından daha çoxdur”, - deyə o qeyd edib.

Ərdoğan xatırladıb ki, Türkiyə Avropa İttifaqının vizasız rejiminin tətbiqi üçün irəli sürdüyü 72 şərtdən 66-sı yerinə yetirib, yerdə qalan 7 şərt isə yaxın zamanda həyata keçiriləcək.

Qeyd edək ki, Türkiyə hələ 1963-cü ildə Aİ ilə ittifaq haqda razılığa imza çəkib, lakin Türkiyənin Aİ-yə qoşulması haqda danışıqlar yalnız 2005-ci idlə başlayıb və müxtəlif ziddiyətlərə görə dəfələrlə yarımçıq qalıb.


Ərdoğandan Avropaya: Türkiyəsiz yox olarsınız!

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Türkmənistan səfirliyindən Berdiməhəmmədovun ölüm xəbərinə - RƏSMİ MÜNASİBƏT
    Türkmənistanın Rusiyadakı səfirliyi ölkə prezidenti Qurbanqulu Berdiməhəmmədovun öldüyü ilə bağlı xəbərlərə münasibət bildirib.
     21.07.2019
    İraq həbsxanasında qalan azərbaycanlı uşaqların taleyi necə olacaq? - FOTO
    Uzun müddətdir ki, Bağdaddakı İŞİD qurbanı olan azərbaycanlı uşaqların taleyi barədə rəsmi məlumat yoxdur.
     21.07.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ