Ərdoğana dəstək verən Sinan Oğan kimdir?

Ərdoğana dəstək verən Sinan Oğan kimdir?
Yayınlanma tarixi: 23.05.2023 13:17:56

Türkiyədə keçirilən prezident seçkilərinin ikinci turunda Ərdoğana dəstək verəcəyini açıqlayan Sinan Oğan kimdir?

İslamazeri.com  Sinan Oğan haqqında məlumatı təqdim edir:

Həyatı

Əslən azərbaycanlı olan Sinan Oğan 1969-cu ilin mart ayının 14-də İğdırda dünyaya gəlib. 1989-cu ildə Mərmərə Universitetini bitirib. 1993–2000-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində dekan müavini vəzifəsində işləyən Sinan Oğan 2000-ci ildə Türkiyəyə qayıdaraq Avrasiya Strateji Araşdırmalar Mərkəzində Qafqaz istiqaməti üzrə çalışıb.

Sinan Oğan Milliyyətçi Hərəkat Partiyasının İqdır bölgəsindən millət vəkilliyinə 1 nömrəli namizədi olmuş və MHP-nin S. Oğanı bu bölgədə 1 nömrəli namizəd kimi göstərməsi onun İqdırda yaşayan azərbaycanlıların səslərini qazanacağına əmin olmasından irəli gəlmişdir. Türkiyə Azərbaycan dərnəyinin rəhbəri Sinan Oğan Türkiyə Böyük Millət Məclisinə keçirilən seçkilərdə qalib gələrək deputat mandatı qazanmışdır.

Fəaliyyəti

Onun iştirakı ilə Türkiyədə 20 Yanvar, Xocalı soyqırımı, 1918-ci il mart qırğınlarının qurbanlarının xatirəsinə həsr olunan çoxsaylı tədbirlər təşkil olunub. Azərbaycan dövləti və xalqının maraqlarına daha ardıcıl və sistemli şəkildə müdafiə etməsi üçün Türkiyə Azərbaycan Dərnəyi (TAD) diaspor təşkilatını yaratmışdır. TAD-ın yaradılması ilə Azərbaycanın Türkiyədəki diasporu daha da güclənmişdir. Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi ilə sıx əməkdaşlıq edən TAD müntəzəm olaraq Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın Azərbaycana və Türkiyəyə qarşı düşmənçilk siyasəti ilə bağlı beynəlxalq konfrans və seminarlar keçirmiş, bu tədbirlərdə müxtəlif ölkələrin parlamentlərinin nümayəndələri, dövlət və ictimai xadimləri, siyasi ekspert və tarixçilər iştirak etmişlərdir.

O, 2023-cü ilin may ayında Türkiyədə keçiriləcək prezident seçkilərində ATA İttifaqının vahid namizədi kimi seçilmişdir. O, namizədlik üçün tələb edilən 100 min imzanı toplamış və namizədliyi Yüksək Seçki Komissiyası tərəfindən təsdiq edilərək prezident seçkiləri üçün namizədliyi qəbul edilən 4-cü şəxs olmuşdur.


04 iyul 2011-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Xalqlar arasında dostluğun möhkəmləndirilməsi və Azərbaycan diasporunun inkişafı sahəsindəki xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif edilib

GÜNÜN MANŞETLERİ