Ərdoğan ''Taxıl sazişi''nin uzadıldığını açıqlayıb

Ərdoğan ''Taxıl sazişi''nin uzadıldığını açıqlayıb
Yayınlanma tarixi: 18.05.2023 13:09:31

Prezident Rəcəb Tayyib Ərdoğan ''Taxıl sazişi''nin daha 2 ay uzadıldığını açıqlayıb.

Rəcəb Tayyib Ərdoğan ''Taxıl sazişi''nin daha 2 ay uzadıldığını açıqlayıb.

İslamazeri.com xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan partiyasının paytaxt Ankaradakı mərkəzi qərargahında keçirilən toplantıda çıxış edib.

Ərdoğan deyib: "Türkiyənin liderliyi, Rusiya və Ukraynanın konstruktiv münasibətləri və BMT-nin yardımı sayəsində 2022-ci il iyulun 22-də İstanbulda imzalanmış saziş bir neçə dəfə uzadılıb. Sonuncu uzadılma müddəti bitmək üzrə idi. Ölkəmizin səyləri, rus dostlarımızın dəstəyi və ukraynalı dostlarımızın töhfələri ilə ''Taxıl sazişi''nin daha 2 ay müddətinə uzadılmasına qərar verildi. Qlobal ərzaq tədarükü zəncirlərinin fasiləsiz işləməsi və xüsusilə ehtiyacı olan ölkələrin taxıla çıxışının asanlaşdırılması üçün həyati əhəmiyyət kəsb edən bu qərarın bütün tərəflər üçün faydalı olmasını arzu edirəm. Müqavilənin qarşıdakı dövrdə də davam etməsi üçün səylərimizi davam etdirəcəyik. Bundan başqa rus dostlarımız Mikolayev və Olvia limanlarındakı Türk gəmilərinin çıxışına mane olmayacaqlarını bildirdilər. Bunun üçün onlara minnətdarıq''.

GÜNÜN MANŞETLERİ