Türkiyə prezidenti MSK-in qərarını şərh edib.

İslamazeri.com-un “Anadolu”-ya istinadən verdiyi xəbərə əsasən, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Mərkəzi Seçki Komitəsinin (MSK) İstanbulda təkrar bələdiyyə seçkilərinin keçirilməsinə dair qərarını dəstəkləyib.
Onun sözlərinə görə, İstanbulda 23 İyun tarixinə təyin edilmiş təkrar seçkilər 31 Martda keçirilmiş seçkilərin nəticələri ətrafında yaranmış bütün mübahisələri aradan qaldırmağa imkan verəcək.
“MSK-in qərarını Türkiyədə demokratiyanın möhkəmlədilməsi istiqamətində atılmış mühüm addım hesab edirəm. MSK ən doğru qərarı verdi”, - deyə o qeyd edib.
O həmçinin biznes-dairələrin bəzi nümayəndələrinin Türkiyə MSK-in ünvanına səsləndirdiyi tənqidi bəyanatları da pisləyib.
“Türkiyə iqtisadiyyatı bu gün sabotajla üzləşib”, - deyə o əlavə edib.
Ərdoğan: İstanbulda təkrar seçkilər demokratiyanı gücləndirəcək!