1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:07.12.2017 15:23:05

“Donald Tramp Qüdsü İsrailin paytaxtı elan etməklə BMT qərarlarını heçə saydı”.

İslamazeri.com-un APA-ya istinadən verdiyi xəbərə görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Yunanıstana səfərindən öncə hava limanında çıxışı zamanı deyib. O, Trampın nə etmək istədiyini anlaya bilmədiyini söyləyib: "Qüds müsəlmanların, xristianların, qismən də müsəvilərin ibadətgahı kimi tanınıb. Məscidi-Aksa müsəlmanların ilk qibləsidir. Belə bir qərar bölgəni alovun içinə atmaqdır. Ey Tramp, sən nə etmək istəyirsən?! Siyasi liderlər qarışdırmaq üçün deyil, barışdırmaq üçün mövcud olur. Hörmətli Tramp güclüyəm, o səbəblə haqlıyam deyirsə, yanılır. Haqlı olan güclüdür".

R. T. Ərdoğan dekabrın 13-də, çərşənbə günü İstanbulda İslam Əməkdaşlıq Təşkilatının növbədənkənar zirvə toplantısının keçiriləcəyini bildirib.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp Qüdsün İsrailin paytaxtı kimi tanındığını rəsmi elan edib. O, ABŞ səfirliyinin Tel Əvivdən Qüdsə köçürülməsi üçün tapşırıq verib.


Ərdoğan: "Ey Tramp, sən nə etmək istəyirsən?!"

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Bakıda
    Dələduzluq yolu ilə insanları aldadan, bununla da zərərçəkənlərin külli miqdarda pulunu mənimsəyən şəxsin tutulması istiqamətində polis əməkdaşları tərəfindən növbəti əməliyyat tədbiri həyata keçirib.
     15.12.2017
    Proses dekabrın 22-də davam etdiriləcək
     15.12.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ