1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:12.09.2019 09:51:09

Suriyadakı böhran həll edilməzsə, Türkiyə suriyalı qaçqınların yeni dalğasının öhdəsindən gələ bilməyəcək.

İslamazeri.com-un Türkiyə mediasına istinadən verdiyi xəbərə əsasən, əgər Suriyadakı böhran həll edilməzsə, Türkiyə suriyalı qaçqınların yeni dalğasının öhdəsindən gələ bilməyəcək.

Bunu, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.

“Türkiyə Suriyadan 3,5 milyon qaçqını qəbul edib. Bundan başqa, digər ölkə vətəndaşları da bizdə sığınacaq tapa bilib, bizdə təxminən 5 milyon qaçqın var. Əgər Suriyadan yeni qaçqın axını baş verərsə, Türkiyə onun öhdəsindən gəlmək vəziyyətində deyil”, - deyə o qeyd edib.

O xatırladıb ki, ölkəsi qaçqın axınının qarşısını alaraq, bütün Avropanın təhlükəsizliyini təmin edir.

Ərdoğan əlavə edib ki, qaçqınların vətənlərinə geri qaytarılması üçün Suriyanı terrorçulardan təmizləmək lazımdır.


Ərdoğan: Buna gücümüz çatmayacaq...

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • SAYT HAQQINDA
     16.09.2019
    Yəmən: Səudiyyənin istənilən yerini, istədiyimiz an vura bilərik
    Yəmən Silahlı Qüvvələrinin nümayəndəsi, Səudiyyə Ərəbistanındakı xarici vətəndaşlara ölkəni tərk etmələri barədə xəbərdarlıq edib.
     16.09.2019
    Avropa İttifaqının komissarı Gürcüstanda səfərdədir
    Avropa İttifaqının qonşuluq siyasəti və genişlənmə danışıqları üzrə komissarı Yohannes Han Gürcüstanda səfərdədir.
     16.09.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ