EURO 1,8952 TRY 0,2775
USD 1,7 RUB 0,0264
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. MƏDƏNİYYƏT

Kateqoriya : XƏBƏRLƏR

MƏDƏNİYYƏT

Yayınlanma tarixi:02.03.2019 14:41:35

Rasim Balayevin sözlərinə görə, həmin görüşə çağırılmamasının səbəbləri ona da aydın deyil.

"Görünür, o görüşdə iştirak edən mədəniyyət xadimlərinin siyahısını tutanlar məni nəzərə almayıblar”.

İslamazeri.com xəbər verir ki, bu fikirləri Yenicag.az-a açıqlamasında ötən gün prezident İlham Əliyevin mədəniyyət xadimləri ilə görüşünə dəvət olunmamasına münasibət bildirən Xalq artisti Rasim Balayev deyib.

Rasim Balayevin sözlərinə görə, həmin görüşə çağırılmamasının səbəbləri ona da aydın deyil:

"Məni o görüşə dəvət etməmişdilər. Niyə etməmişdilər, bilmirəm. Açığı, bu barədə fikirləşmirəm də…

Mənim hökumətlə nə problemim olasıdır ki..? Keçən il "Şərəf” ordeni ilə təltif edilmişəm.

O görüşdə iştirak edənlərin necə seçildiyini bilmirəm. Siyahının Nazirlikdə, yoxsa Administrasiyada hazırlandığından məlumatım yoxdur.

Görünür, o görüşdə iştirak edən mədəniyyət xadimlərinin siyahısını tutanlar məni nəzərə almayıblar”.


Rasim Balayev Prezidentlə görüşə dəvət olunmamasından danışdı

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • ABŞ Rusiyadan İrana
    ABŞ-lı rəsmi Rusiyaya İranla bağlı çağırış edib.
     23.05.2019
    Suriya ordusu vəhabilərin “belini qırmağa” hazırlaşır
    “Suriya ordusu çağırış mesajlı çox sayda kağız səpib”
     23.05.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ