Əraqçi: Hörmüz boğazı dost ölkələr üçün bağlı deyil

Əraqçi: Hörmüz boğazı dost ölkələr üçün bağlı deyil
Yayınlanma tarixi: 5/15/2026 3:36:57 PM

Əraqçi: Hörmüz boğazı dost ölkələr üçün bağlı deyil.

İslamazeri.com xəbər verir ki, İranın xarici işlər naziri Abbas Əraqçi deyib: “Hörmüz boğazı dost ölkələr üçün bağlı deyil. Məhdudiyyətlər yalnız düşmənlərimizə aiddir”.

BRICS xarici işlər nazirlərinin görüşünün keçirildiyi Yeni Dehlidə Hindistan mediasına danışan İranın xarici işlər naziri Seyid Abbas Əraqçi bildirib ki, BRICS sammitindəki görüşləri zamanı ABŞ və İsrail tərəfindən İrana qarşı tətbiq edilən müharibədən sonra Tehranın mövqeyini izah edib.

Əraqçi qeyd edib ki, onlar BRICS qrupunun ABŞ və İsrail tərəfindən pozuntuları pisləyən mövqeyini yüksək qiymətləndirirlər.

Qərbi Asiyadakı münaqişələrin BRICS müzakirələrinin əhəmiyyətli bir hissəsini təşkil etdiyini bildirən Əraqçi deyib: “İran üçün hərbi həll yolu yoxdur və Amerika bu faktı qəbul etməlidir. Onlar bizi ən azı iki dəfə sınayıblar və hərbi əməliyyatların məqsədə çatmadığı qənaətinə gəliblər”.

Əraqçi əlavə edib ki, diplomatiyaya ən böyük maneə amerikalıların media vasitəsilə göndərdiyi “ziddiyyətli mesajlar”dır.

Hörmüz boğazı məsələsinə toxunan Erakçi bildirib ki, "Müharibəni biz başlatmamışıq; biz yalnız özümüzü müdafiə edirik. Hörmüz boğazı dost ölkələr üçün bağlanmayıb. Məhdudiyyətlər yalnız düşmənlərimizə aiddir. Dost ölkələrdən gələn gəmilərin təhlükəsiz keçid üçün yalnız İran hərbi qüvvələri ilə əlaqələndirilməsi lazımdır. Hələlik yeganə həll yolu bu təcavüzkar müharibənin tamamilə sonlandırılmasıdır. Bundan sonra hər bir gəmi üçün təhlükəsiz keçid təmin ediləcək".

GÜNÜN MANŞETLERİ