Mübarək Ramazan ayı münasibətilə Kəbənin parçası dəyişdirilib
İslamazeri.com xəbər verir ki, Mübarək Ramazan ayının gəlişi münasibətilə Kəbənin parçası dəyişdirilib.
Bu dəyişdirilmə prosesi Kəbənin pərdələrinə nəzarət xüsusi təftiş komissiyası tərəfindən icra edilib.
Kəbənin pərdələrinə nəzarət qurumunun nümayəndəsi Əmcəd Əl-Həzmi parçanın dəyişdirilməsindən əlavə jurnalistlərin suallarını cavablayıb.
O qeyd edib ki, Kəbənin parçasının durumu hər gün nəzarət edilir və işçi qrupları Kəbə parçasının bütün hissələrinə diqqət edərək problem aşkar edərlərsə, dərhal problemi həll edirlər.