Filippində 43 gün əvvəl yoxa çıxan təkmühərrikli “Cessna 206” tipli təyyarənin qalıqları aşkar edilib.
İslamazeri.com xəbər verir ki, Yanvarın 24-də ölkənin İzabela bölgəsindəki Cauayandan eyni bölgədəki Maconacon istiqamətində havaya qalxan, lakin bir daha xəbər alınmayan təyyarənin axtarışı təlim görmüş itlər ilə davam etdirilib. Axtarış zqmanı bir pilot və 5 sərnişinin cəsədi tapılıb.
İsabela Fəlakətlərə Müdaxilə Bürosu səlahiyyətliləri əlverişsiz hava şəraiti və bölgənin dağlıq təbiəti səbəbindən axtarış işlərinin həftələrlə davam etdiyini bildirib.
Qeyd edək ki, martın 1-də içərisində 5 nəfərin olduğu Filippində yoxa çıxan tibbi helikopter də hələ tapılmayıb.