EURO 1,9828 NEFT 72,87
USD 1,7 RUB 0,0267
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İSLAM DÜNYASI

Kateqoriya : XƏBƏRLƏR

İSLAM DÜNYASI

Yayınlanma tarixi:16.12.2017 17:16:42

Qüdsün İsrailin paytaxtı elan olunmasına etiraz edən Fələstin -İordaniya vətəndaşı olan iş adamı Səudiyyədə həbs olunub

İslamazeri.com  verdiyi xəbərə görə, Fələstin - İordaniya vətəndaşı olan Ərəb Bankının sədri və Zara Investment Holdingin direktoru milyarder, 80 yaşlı Sabih Əl Məsri çərşənbə günü Riyadda həbs olunub.

Məlumata görə, iş adamı Hava Limanında saxlanılıb və saxlanılandan sonra iki nəfərə zəng edib. "Əl Cəzirə" telekanalı onun həbsinin korrupsiya ilə əlaqəli olduğunu bildirib. Lakin əsl səbəbin iş adamının Qüds məsələsinə münasibət bildirdiyinə görə ehtimallar içində daha çoxdur.

Türkiyə mediasının bildirdiyinə görə, saxlanılan iş adamı ABŞ-ın Qüdslə bağlı açıqlamasına etiraz etmiş və ikinci vətəndaşlığı olduğu İordaniya da bu qərarı sərt tənqid edənlər arasında olmuşdu. Bu tənqidlərdən sonra isə İordaniya,  vəhabi krallığı Səud rejimi və BƏƏ-dən təpki almışdı. İlkin ehtimala görə, iş adamının həbs olma səbəbi məhz ABŞ prezidentinin Qüds qərarına etiraz etməsidir. 

Xatırladaq ki, İstanbulda müsəlman ölkələr Fələstinə dəstək məqsədilə  İslam Əməkdaşlıq Təşkilatının təşkilatçılığı ilə bir yerə toplanmış, Səud rejimi bu toplantıya nümayəndə göndərməmişdi.


Qüds məsələsinə görə ABŞ-a etiraz edən milyarder iş adamı Səudiyyədə həbs olundu

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Kılıçdaroğlu böhtan atdığı üçün Ərdoğana kompensasiya ödəyəcək
    Müvafiq qərarı İstanbul məhkəməsi çıxarıb.
     20.07.2018
    Bakıda məktəblilərin bu görüntüsü polisləri hərəkətə keçirdi - FOTO
    Bakıda məktəblilərin pivəxanada görüntüləri yayılıb.
     20.07.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ